Sənada qan axdı: 26 ölü
19 sentyabr 2011 10:25 (UTC +04:00)

Sənada qan axdı: 26 ölü

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, sentyabrın 18-də təhlükəsizlik qüvvələri Səna şəhərində keçirilən və 100 min nəfərin qatıldığı hökumət əleyhinə aksiyanı dağıtmaq üçün atəş açıb.

Nəticədə 26 nəfər həyatını itirib. Prezident Əli Abdulla Salehin istefasını tələb edən aksiya iştirakçıları atəş açan təhlükəsizlik qüvvələrinə yandırıcı maddələr atıblar.

Qeyd edək ki, bazar günü prezidentin məsləhətçisi bəyan edib ki, Əli Abdulla Saleh seçki yolu ilə yeni prezident seçilənə qədər postunu tərk etməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar