Ərdoğan Liviyada
16 sentyabr 2011 15:54 (UTC +04:00)

Ərdoğan Liviyada

Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğanı Tripolidə “Metiga” Hərbi Hava Limanında Liviya Milli keçid Şurasının sədri Mustafa Abdulcelil, Liviya baş nazirinin müavini Mahmut Cibril, Türkiyənin Tripolidəki səfiri Ali Kemal Aydın, türk iş adamları və Liviyada yaşayan Türkiyə vətəndaşları qarşılayıb.

Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Tripoliyə baş nazirin müavini Bekir Bozdağ, xarici işlər naziri Əhməd Davudoğlu, nəqliyyat naziri Binali Yıldırım, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan, müdafiə naziri İsmet Yılmaz və AKP sədrinin müavini Ömer Çelik də gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar