Çəkisi 100 kiloqram olan anakonda tutuldu
16 sentyabr 2011 19:29 (UTC +04:00)

Çəkisi 100 kiloqram olan anakonda tutuldu

Qayanada Reva çayı sahilində uzunluğu 6,5 metr, gövdəsinin diametri 68 santimetr və çəkisi 100 kiloqram olan anakonda aşkarlanıb. Lent.az-ın “lifenews.com” saytına istinadən verdiyi məlumata görə, bu nəhəng ilanı 29 yaşlı bioloq Nial MakKann aşkarlayıb.

Həyatı boyu belə nəhəng ilan tapmağı arzuladığını bildirən bioloq deyib ki, onu dişləməməsi üçün ankondanın başını yerə sıxmağa çalışıb: “Ancaq mən ilanı ələ keçirməzdən öncə o, buna cəhd etmişdi. Bu, əsl mübarizə idi”.

Qeyd edək ki, anakondaya təbiətdə nadir hallarda rast gəlinir. Bu, dünyada ən ağır ilandır. Nadir hallarda çəkisi 11 metrə, çəkisi 250 kiloqrama çatır. Anakondalar qurbanına sarılır və ölənə qədər onu boğur. Anakondaların timsahlara, yaquar və insanlara hücum etməsi də məlumdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946

Oxşar yazılar