“Almaz müharibəsi”nin ilk günündə 18 nəfər öldü
16 sentyabr 2011 11:16 (UTC +04:00)

“Almaz müharibəsi”nin ilk günündə 18 nəfər öldü

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, döyüşlər əsasən almaz hasilatında əsas rayon olan Briada gedir.

Bu rayona nəzarəti ələ keçirmək üçün iki qiyamçı hərəkat – Ədalət və Sülh Uğrunda Konvensiya və Birlik Uğrunda Demokratik Qüvvələrin İttifaqı mübarizə aparır.

Qurbanların sayının artacağı gözlənilir. Çünki Bria rayonunun inzibati mərkəzi olan Born şəhərində bir məhəllə tamamilə dağıdılıb. Müşahidəçilər iqtisadi maraqlarla bağlı alovlanan müharibənin həm də etnik səciyyə daşıdığını bildirirlər. Çünki Ədalət və Sülh Uğrunda Konvensiyada əsasən etnik ranqlar, Birlik Uğrunda Demokratik Qüvvələr İttifaqında isə qullar birləşiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar