Misir-İsrail sülh razılaşmasına kölgə düşdü
Misirin baş naziri İsam Şərəf Misir və İsrail arasında 1978-ci ildə imzalanan Kemp-Devid sülh müqaviləsinin müqəddəs olmadığını bəyan edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İsam Şərəf deyib ki, bölgənin maraqları və ədalətli sülh naminə bu müqavilə həmişə müzakirə üçün açıqdır və gərəkli sayıldığı halda müqavilədə dəyişikliklər edilə bilər.
Qeyd edək ki, Hüsnü Mübarək hakimiyyətinin devrilməsindən sonra Misir-İsrail münasibətlərində gərginlik artır. Keçən ay sərhəd bölgəsində İsrail vertolyotundan atəş açılması nəticəsində 5 Misir polisinin öldürülməsi ilə vəziyyət daha da gərginləşib. Keçən həftə misirlilər Qahirədəki İsrail səfirliyinə hücum çəkiblər və İsrail diplomatlarını son anda binadan çıxarmaq mümkün olub. İsrailin Misirdəki səfiri Qahirəni tərk edərək Təl-Əvivə getməli olub.

653