İsrailin təhdidləri nəticə verdi
15 sentyabr 2011 19:59 (UTC +04:00)

İsrailin təhdidləri nəticə verdi

Fələstin BMT-yə tam üzvlüklə bağlı sentyabrın 23-də BMT Təhlükəsizlik Şurasına layihə təqdim edəcək. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Ramallahda jurnalistlərin suallarını cavablandıran Fələstin xarici işlər naziri Riyad əl-Maliki söyləyib.

Qeyd edək ki, indiyə qədər Fələstinin BMT-yə tam üzvlüklə bağlı BMT Baş Assambleyasına, yoxsa Təhlükəsizlik Şurasına müraciət edəcəyi bu günə qədər məlum deyildi. İsrail xüsusən Fələstinin BMT Baş Assambleyasına müraciəti ehtimalına çox sərt reaksiya verib, Fələstin və İsrail arasındakı bütün anlaşmaların ləğv oluna biləcəyini bəyan edib. Çünki Baş Assambleyada 130-a qədər dövlətin Fələstinin tam üzvlüyünə dəstək verəcəyi gözlənirdi. Ancaq Təhlükəsizlik Şurasında İsrail ciddi problem gözləmir. Buna səbəb ABŞ-ın öncədən Fələstinin BMT-yə tam üzvlüyünə veto qoyacağını bəyan etməsidir.

Bu arada İsrail radiosu Fələstin hökumətinin BMT-yə tam üzvlüklə bağlı mövqeyinin yumşaldığı barədə xəbər yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar