Türkiyə və İsrail Aralıq dənizində üz-üzə gələcəklər
Cənubi Kipr Aralıq dənizində neft axtarmağa başlayarsa, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında Şelf Sahəsinin Məhdudlaşdırılması Müqaviləsi hazırlanacaq.
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bu gün Ankarada Türkiyə və QKTC rəsmilərinin apardığı danışıqlardan bu nəticə ortaya çıxıb.
Digər tərəfdən, ŞKTC hökumətinin dəvəti ilə Enerji və Təbii Sərvətlər Nazirliyi Aparatı rəhbərinin müavininin rəhbərliyi ilə Neft İşləri İdarəsi, TPAO və XİN rəsmilərindən ibarət heyət sabah bu ölkəyə səfər edəcək.
Qeyd edək ki, Cənubi Kipr və İsrail Aralıq dənizində neft ehtiyatlarının axtarışına başlamaqla bağlı razılıq əldə ediblər. ŞKTC ilə Şelf Sahəsinin Məhdudlaşdırılması Müqaviləsinin hazırlanacağının elan olunması Türkiyənin İsrailə cavab jesti sayılır.

559