Qəddafi BMT-yə səsləndi
Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi BMT-yə müraciət edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi tərəfdarlarının nəzarətində olan Sirt şəhərinə qiyamçıların hücumuna və qiyamçıların bu şəhərdə yol verdikləri cinayətlərə son qoyulmasını istəyib.
O, Liviyanı tərk etməkdənsə ölməyi üstün tutduğunu da bəyan edib.
Qeyd edək ki, qiyamçılar indiyə qədər Müəmmər Qəddafiyə sadiq qüvvələrin 4 əsas bölgədə müqavimətini qıra bilmirlər. Bura Aralıq dənizi sahilindəki Sirt, paytaxt Tripolinin cənub-şərqindəki Ben-Valid, Cufra və Sabha şəhərləri daxildir.
Bu arada Liviya Milli Keçid Şurasının sədri Mustafa Abdül Cəlil BBC-yə açıqlamasında Müəmmər Qəddafinin Liviyanın cənubunda olduğunu və intiqam hücumları təşkil etməyi planlaşdırdığını söyləyib. Onun sözlərinə görə, Müəmmər Qəddafi tərəfdarlarının çoxu Sabhaya qaçıb: “Sabhada qanlı döyüşlər olacaq. Bu yerləri ala bilmək üçün daha çox silah və sursata ehtiyacımız var. Bütün qızıl ehtiyatlarını aparan Müəmmər Qəddafi şəhərlərə, neft sahələrinə və elektrik enerjisi stansiyalarına hücumlar planlaşdırır”.

536