Türkiyə və ABŞ RƏM sistemi ilə bağlı müqavilə imzaladılar
14 sentyabr 2011 18:43 (UTC +04:00)

Türkiyə və ABŞ RƏM sistemi ilə bağlı müqavilə imzaladılar

Lent.az-ın “Todays Zaman”a istinadən verdiyi məlumata görə, radiolokasiya stansiyası ölkənin cənub-şərqindəki Malatya şəhərində Suriya ilə sərhədin yaxınlığında tikiləcək.

Bundan bir gün öncə NATO RƏM elementlərinin Rumıniyada yerləşdirilməsi barədə ABŞ-da müqavilə imzalanıb. İlin sonunadək Türkiyədə AN/TPY-2 THAAD (Terminal High Altitude Area Defense) dərəcəli RLS mobil sistemi yerləşdiriləcək. Radar İran ərazisindən raketlərin buraxılmasından erkən xəbərdar edilməsi sistemi qismində Avropa radar sisteminin tərkibinə daxil olacaq. Türkiyədə yerləşdirilən RLS Amerika kreyserlərinə yaxınlaşan təhlükə barədə məlumatlar ötürəcək. Kreyserlər isə öz növbəsində raketləri ələ keçirəcəklər.

Qeyd edək ki, NATO 2010-cu ildə keçirilmiş Lissabon sammitində İranın uzaq mənzilli raketlərindən müdafiə məqsədilə yeni PRO sistemi elementlərinin yerləşdirilməsi barədə qərarı qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar