“Taliban” ABŞ səfirliyinə 7 raket buraxıb
14 sentyabr 2011 13:57 (UTC +04:00)

“Taliban” ABŞ səfirliyinə 7 raket buraxıb

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Taliban” Hərəkatının silahlıları səfirliyin binasına 7 raket zərbəsi endiriblər.

ABŞ səfirliyinin bu gün yaydığı açıqlamada dağıntı və tələfatlarla bağlı məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 13-də günorta saatlarında Əfqanıstan paytaxtında səfirliklərin və NATO hərbi bazalarının yerləşdiyi bölgəyə, hökumət binalarına bir qrup silahlı hücum çəkib. Döyüşlər 20 saat davam edib və 6 silahlının öldürülməsindən sonra başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419

Oxşar yazılar