ABŞ Dövlət Departamenti “Kurtlar Vadisi-Fələstin”i tənqid etdi
ABŞ Dövlət Departamenti keçən ilin ikinci yarısında dünya ölkələrində dini azadlıqların səviyyəsi ilə əlaqədar hesabat yayıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Dövlət Departamenti 2010-cu il sentyabrın 19-da ermənilərə Akdamar adasındakı kilsədə dini ayin keçirmələrinə icazə verilməsini, Diyarbəkir Bələdiyyəsinin şəhərdə istifadəsiz bir erməni kilsəsini bərpa etməsini, Sümela monastırı ilə bağlı atılan addımları müsbət dəyərləndirib, İmam Hatib Liseyinin məzunlarının vəziyyətinin isə yaxşılaşmadığı vurğulanıb. Eyni zamanda 40 ildir ki, qapalı olan Heybeliada Ruhban Məktəbinin hələ açılmadığına diqqət çəkilib.
Hesabatda Türkiyədə Konstitusiyasının ölkənin dünyəvi və bütöv dövlət olması ilə bağlı hökmlərinin isə bəzi dini azadlıqları məhdudlaşdırdığı vurğulanıb. Dövlət Departamenti dövlət idarələri və təhsil müəssisələrində çadraya qoyulan qadağanın davam etməsindən narahat olsa da, bu qadağanın universitetlərdə və bəzi iş yerlərində yerinə yetirilmədiyini qeyd edib.
Dövlət Departamenti hesabatda Türkiyədə yəhudilərə qarşı mənfi münasibətin artmasından narahatdır və bu aspektdə “Kurtlar Vadisi-Fələstin” filminə də xüsusi yer ayırıb. Sənəddə vurğulanır ki, bəzi qəzetlər və televiziya proqramları yəhudilərə qarşı mesajlar verməyə davam edir, kitablar işıq üzü görür. Dövlət Departamenti həmin filmi də bunlardan biri kimi dəyərləndirib.

501