“Əl-Qaidə” Yəməndə güclənib
Dünyada ən təhlükəli terrorçu qruplaşma sayılan “əl-Qaidə”nin ən güclü bazaları Yəməndə yaradılıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Devid Petreus və kəşfiyyat qurumunun rəhbəri Ceyms Klepper bəyan ediblər.
Onlar Konqresdə çıxışları zamanı bildiriblər ki, Yəməndəki siyasi qeyri-stabillik “əl-Qaidə”nin bu ölkədəki regional şəbəkəsinin öz təsirini genişləndirməsinə imkan yaradıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri isə xüsusi olaraq vurğulayıb ki, Üsamə Bin Ladenin öldürülməsi “əl-Qaidə”yə güclü zərbə vursa da, hazırda terror təşkilatına rəhbərlik edən 60 yaşlı Ayman az-Zəvahiri daha mürəkkəb şəxsdir və terror təşkilatının bütövlüyünü qoruyur.

416