“Ərəb baharı”nın başladığı ölkədə 218 mandata 10 min namizəd var
13 sentyabr 2011 18:40 (UTC +04:00)

“Ərəb baharı”nın başladığı ölkədə 218 mandata 10 min namizəd var

“Ərəb baharı”nı başladan Tunisdə oktyabrın 23-də keçiriləcək parlament seçkilərinə namizədlərin qeydiyyatı başa çatıb. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, ölkədə 10 illərdir ki, davam edən bir partiyalı iqtidardan sonra yeni Konstitusiyanı hazırlayacaq parlamentə millət vəkillərinin seçiləcəyi seçkilər üçün 100-dən çox partiyadan 10 minə yaxın şəxsin namizədliyi təsdiqlənib.

Tunislilər bu namizədlər arasından 218 deputat seçəcəklər. Tunisdə keçmiş prezident Zeynəlabdin Bin Əlinin 23 illik iqtidarını buraxaraq qaçmasından sonra da ölkədəki etirazlar və gələcəklə bağlı qeyri-müəyyənlik davam edir. Dünya isə “ərəb baharı” kimi qəbul edilən üsyanların fitilini çəkən 10 milyonluq Tunisin stabil bir demokratiyanı ortaya çıxarıb-çıxarmayacağını görmək üçün prosesləri yaxından izləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar