İsraildən Türkiyəyə bütün çarter reysləri dayandı
13 sentyabr 2011 15:48 (UTC +04:00)

İsraildən Türkiyəyə bütün çarter reysləri dayandı

Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb çarter reyslərinə bilet alan olmamasıdır.

“Onur Air” və “Freebird Airlines” çartet reyslərinin təmsilçiləri isə qəzetə açıqlamalarında bildiriblər ki, Tə-Əviv-Antalya marşrutu ilə bütün çarter uçuşları dayandırıblar: “Bu, siyasi qərar deyil. Sadəcə, biletlərimizi almırlar. İnanırıq ki, gələn ay Roş xa-Şanda istirahət mövsümü başlayanda çarter uçuşlarını qismən bərpa edə biləcəyik. Bu çarter uçuşları daha çox keçmiş SSRİ ölkələrindən olan, İsrail və Antalya kurortlarında istirahət etməyə üstünlük verən turistlər üçün problem yaradacaq”.

“Turkish Airlines” aviaşirkəti isə Təl-Əviv-İstanbul marşrutu ilə müntəzəm reyslər davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar