“Əl-Qaidə” yeni liderini seçdi
13 sentyabr 2011 15:21 (UTC +04:00)

“Əl-Qaidə” yeni liderini seçdi

Lent.az-ın “mignes.com” saytına istinadən verdiyi məlumata görə, bu, terror təşkilatının lideri Ayman az-Zavahiridir.

Bununla bağlı terrorçulara yaxın saytlarda 1 saatlıq videogörüntü yayımlanıb. Bu, 11 noyabr 2011-ci ildə ABŞ-la törədilən terror aktlarının 10-cu ildönümünə təsadüf edib. Ayman əz-Zavahiri əsl müsəlman adlandırılır. Videoyazıda qeyd olunur ki, Ayman əz-Zavahirinin Misir, Tunis və Liviyada rejimlərin devrilməsi və bu ölkələrdə əsl islamın bərqərar olması ilə bağlı ideyaları geniş yayılıb və “əl-Qaidə” tərəfindən bəyənilib.

Qeyd edək ki, az-Zavahirinin “Əl-Qaidə”nin yeni lideri seçilməsi öncədən bəlli idi. Lakin terror təşkilatı onun lider seçildiyini ilk dəfə rəsmi şəkildə bəyan edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar