Əsgərə it yeməyi verən gizir cərimə ilə canını qurtardı
13 sentyabr 2011 19:33 (UTC +04:00)

Əsgərə it yeməyi verən gizir cərimə ilə canını qurtardı

Lakin bu günlərdə Uzaq Şərqdəki hərbi hissələrin birində baş vermiş hadisənin, belə demək mümkünsə, bənzəri yoxdur.

Lent.az-ın xəbərinə görə, hərbi hissənin ərzaq anbarının rəisi, gizir Vyaçeslav Hersog oğurlayıb satdığı 11 000 qutu ət konservinin yerini doldurmaq üçün orijinal üsula əl atıb. O, itlər üçün nəzərdə tutulmuş konserv qutularının üzərinə saxta etiket vuraraq, onları əsgərlərə verib.

Hadisənin üstünü isə komandir İqor Matveyev açıb. Lakin məhkəmənin qərarı bir qədər qəribə olub. İqor Matveyev vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək, 4 il azadlıqdan məhrum edilib. Orduya 50 000 dollardan çox ziyan vuran gizir isə 90 000 rubl (təqribən 2200 manat) cərimə və töhmətlə canını qurtarıb.

Qeyd edək ki, bu ilin iyulunda Rusiyanın hərbi prokuroru Sergey Firikdikski rus ordusunda “hərbi hissələrdən tutmuş baş qərargahadək hər yerə rüşvət sirayət etdiyini” deyib.

Vüqar Yaşaroğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar