“Buşəhr” Atom Elektrik Stansiyası istismara verildi
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, İranda və Yaxın Şərqdə ilk AES-dir.
Təntənəli açılış mərasiminə İran xarici işlər naziri Əli Əkbər Salehi, İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Fereydun Abbasi Davani və energetika naziri Məcid Namcu ilə bərabər Rusiyanın energetika naziri Sergey Şmatko, “Rosatom”un rəhbəri Sergey Kiriyenko da qatılıb.
Hazırda “Buşəhr” AES-in enerji bloku 35-40 faiz güclə işləyir, AES 2-3 ay sonra tam gücü ilə işləyəcək. Bir həftə sonra AES əlavə testlərin keçirilməsi üçün İranın enerji sistemindən ayrılacaq. Daha sonra isə fasilələrlə maksimal gücünə çatdırılacaq.
Qeyd edək ki, MAQATE də artıq “Buşehr” Atom Elektrik Stansiyasını qeydiyyata alıb.

748