Keniyada neft kəmərində partlayış: 100 nəfər diri-diri yandı
12 sentyabr 2011 17:32 (UTC +04:00)

Keniyada neft kəmərində partlayış: 100 nəfər diri-diri yandı

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər 102 cəsəd aşkarlayıblar.

Ən azı 80 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ölən və yaralananların çox olması neft kəmərinin əhalinin sıx yaşadığı məhəllədən keçməsi olub. Ölənlərin çoxu partlayış baş verən vaxt evlərində olan sakinlərdir. Yanğınsöndürənlər yanğının bütün rayona yayılmasından ehtiyat edirlər.

İlkin versiyaya görə, yanğın sakinlərin yaxınlıqdan keçən neft kəmərini deşərək yanacaq götürməyə cəhd edərkən baş verib. Ölənlərin sayının 200 nəfərə qədər artacağı gözlənilir. Çünki ərazidə partlayışlar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar