“Penisillin” əməliyyatı: sovet “gözəlçəsi” necə qaçırıldı - ARAŞDIRMA
60-cı illərin əvvəllərində o dövrün məşhur sovet qırıcı təyyarəsi MiQ-21 bütün dünyada misli-bərabəri olmayan bir döyüş maşını sayılırdı. Bu təyyarələr SSRİ silahlı qüvvələriylə yanaşı, həm də Sovet İttifaqı ilə müttəfiqlik edən, onunla geniş miqyaslı hərbi anlaşması olan dövlətlərin aviasiyasında vardı. Suriya, İraq, İordaniya, Misir pilotları SSRİ-də xüsusi hazırlıq keçərək bu güclü maşınların şturvalı arxasına əyləşir, göydə min-bir oyundan çıxırdılar.
Təbii ki, regionda olan və sosialist düşərgəsinə əks cəbhəni təmsil edən ölkələrdə də bu müasir döyüş maşınına böyük maraq vardı və onun imkanlarını maksimum səviyyədə dəqiq öyrənmək az qala ölüm-dirim məsələsi idi.
İsrail kəşfiyyatı artıq bir neçə il idi ki, MiQ-21 təyyarəsini ələ keçirməyə çalışırdı və operativ araşdırmalarda bunun üçün bir neçə variant təklif olunmuşdu: təyyarənin havada ələ keçirilərək İsrail ərazisinə zorla endirilməsi; ərəb ölkələrindən birinin hərbi hava qüvvələri sırasına öz agentlərini daxil edib təyyarəni ələ keçirmək; ərəb pilotlarından birinin pulla ələ alınması və təyyarənin bu yolla qaçırılması...
Üzərində geniş araşdırmalar aparılan bu üsulların heç biri asan deyildi, amma İsrail kəşfiyyatı uzun götür-qoydan sonra bütün gücünü sonuncu üsul üzərində təmərküzləşdirdi. Ərəb ölkələrində təyyarəçilər silahlı qüvvələrin elitası sayılır, yüksək maaşlar alırdılar. Amma bütün bunlara rəğmən İsrail kəşfiyyatı öz niyyətindən vaz keçmir.
* * *
Milliyyətcə erməni olan Misir kökənli Cek Leon Tomas günlərin birində özü də bilmədən İsrail kəşfiyyatına işləməyə başlayır. Cavan oğlan 1956-cı ildə xoşbəxtlik axtarışlarında Qahirədən əvvəlcə Beyruta - Livanın paytaxtına köçür, oradan da Qərbi Almaniyaya yollanaraq biznes qurmağa çalışır. 1958-ci ildə o, Emil adlı səxavətli bir livanlı ilə tanış olur. Özünü imkanlı adam kimi aparan Emil Tomasa heç vaxt imkan vermirdi ki, restoranda-zadda əlini cibinə salsın. Söhbətləri də tuturdu - qadınlardan, biznesdən, siyasətdən danışırdılar. Söhbət siyasətdən düşəndə Tomas Misir prezidenti Camal Əbdül Nasirə nifrətini gizlətmirdi...
Münasibətlər bu minvalla davam edir, gündə-günə daha da möhkəmlənirdi. Günlərin birində Emil dostuna Misirə dönərək böyük məbləğ müqabilində Nasirin devrilməsi üçün fəaliyyət göstərməyi təklif edir, Tomas da razılaşır. Ona deyirlər ki, bir casus kimi NATO dövlətlərindən birinin mənafeyinə işləyəcək, bununla da məmnuniyyətlə razılaşır.
Həmin gündən etibarən məxfi bir mənzildə cavan oğlana kəşfiyyat işinin sirlərini öyrədirlər...
1958-ci ilin axırlarında Tomas Misirə qayıdır, yerini rahatlayaraq "NATO-dan olan rəislərini" məlumatlandırmaq üçün tez-tez Avropa ölkələrinə səfərlərə çıxır.
Günlərin birində isə ona deyirlər ki, NATO-nun yox İsrailin agentidir! Xəbər onu heç təəccübləndirmir, çünki bu onun özünün də ürəyinə artıq çoxdan dammışdı...
Səfərlərinin birində Tomas Kati Bendhof adlı alman qızıyla tanış olur və cavanlar bir-birinə möhkəm vurulurlar. Az sonra isə evlənirlər və Kati Tomasın kuryerinə çevrilir. Ondan savayı Tomasın dəstəsində daha bir neçə nəfər fəaliyyət göstərirdi.
1960-cı ildə onlar mərkəzdən belə bir tapşırıq alırlar: misirli zabitlərdən birini ələ alaraq MiQ-21 təyyarəsinin ya İsrailə, ya da Kiprə qaçırılması üçün ona bir milyon dollar təklif etmək.
Tapşırıq alınan gündən Tomas bütün gücünü, bütün imkanlarını səfərbər edib, belə bir zabitin axtarışlarına çıxır. Bu onun ilk ciddi tapşırığıydı deyə, gələcək karyerasının məhz bu işdən asılı olduğunu yaxşı bilirdi. Amma görünür tələskənliyi və təcrübəsizliyi onun düzgün seçim etməsinə mane olur. Misir ordusunun zabiti, kopt mənşəli xaçpərəst olan Ədiv Xan Karlos ona edilən təklif barədə komandanlığı məlumatlandırır...
1961-ci il, yanvar ayının 6-da Tomas öz casus dəstəsinin bütün üzvləriylə bir yerdə həbs edilir və 1962-ci ilin dekabrında məhkəmə qərarıyla dar ağacından asılır. Arvadı isə ölkədən qaçaraq canını qurtara bilir...
Tomasın casus qrupunun ifşası İsrail kəşfiyyatını qəti ruhdan salmır. Onlar rəhbərliyin təyin etdiyi istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Kəşfiyyat Misir, İordaniya, Suriya və İraq hərbi hava qüvvələrinin bütün uçuş heyəti barədə məlumat toplayır, bu insanların həyat tərzi, davranışları haqda ən xırda informasiyanı belə səliqəylə qruplaşdırırdılar.
1964-cü ildə İsrail kəşfiyyatının rəhbərlərini eyni zamanda həm sevindirən, həm də kədərləndirən bir hadisə baş verir. Misir ordusunun kapitanı Abbas Hilmi Sovet istehsalı olan bir təyyarə ilə İsrail torpağına enir. Amma bu təyyarə kəşfiyyat üçün heç bir maraq kəsb etməyən "Yak" markalı məşq təyyarəsi idi. Buna baxmayaraq, kapitan Hilmini böyük təntənə ilə qarşıladılar. Məntiq çox sadə idi: Hilmi ordudakı yoldaşlarına bir nümunə göstərmişdi. Onu səxavətlə mükafatlandırdılar, Hilminin uçuşu bir qəhrəmanlıq kimi kütləvi informasiya vasitələrində reklam edilirdi.
Sabiq kapitan da təzə ağalarının arzusuna uyğun olaraq, siyasi bəyanatlar səsləndirir, prezident Nasirin Yəməndəki konfliktə müdaxiləsini pisləyirdi. O, bundan başqa, İsrail xüsusi xidmət orqanlarının əməkdaşlarına Misir ordusunun pilotları barədə əvəzsiz məlumatlar da ötürmüşdü.
Amma bütün xidmətlərinə rəğmən Hilmi qorxudan İsraildə qala bilmir və Cənubi Amerikaya köçmək niyyətini açıqlayır. Onu külli miqdarda pul və zəruri sənədlərlə təchiz edib, İsraildən yola salırlar...
Onun bəxti gətirmir. Argentinanın paytaxtı Buenos-Ayresə düşən kimi, Hilmi xeyli səhvə yol verir. Əvvəlcə Misirdəki anasına üzərində yaşadığı şəhərin mənzərəsi olan açıqca göndərir. Açıqca Misir əks-kəşfiyyatının əlinə keçir və artıq xalq düşməninin yaşadığı şəhər bəlli idi...
Günlərin birində Abbas gecə klubunda bir misirli qızla tanış olur, ağzını boşa qoyub özü barədə hər şeyi danışır. Az sonra qız Abbası evinə dəvət edir və onu Mİsir kəşfiyyatının agentlərinə təslim edir.
Uğursuz aşiqin başına torba keçirib avtomobilin baqaj yerinə basırlar və birbaş Misir səfirliyinə gətirirlər. Ordan da böyük bir sandığın içində diplomatik poçt adıyla təyyarəyə qoyub, Qahirəyə yola salırlar.
Az sonra Abbas Hilmi vətən xaini kimi güllələnir...
Bu hadisə İsrail kəşfiyyat orqanlarına - "Aman" və "Mossad"ın reputasiyasına ağır zərbə olur. Amma onlar MiQ-21 təyyarəsini ələ keçirmək planlarından daşınmırlar, çünki bu gələcək müharibədə qələbənin açarı idi.
Mətbuat materiallarını, radiokanallardan ələ keçirilən məlumatları və agent şəbəkəsinin xəbərlərini ümumiləşdirib analiz edən kəşfiyyat iraqlı pilot, varlı xaçpərəst-maronit ailəsindən çıxmış Munir Redfi haqda informasiya əldə edir. Onun arvadı, iki uşağı da vardı. Munir Sovet İttifaqında təhsil alaraq MiQ-21 təyyarəsinin pilotu olmuşdu.
Bu məlumatlar analiz edilən kimi, xüsusi təlim görmüş İsrail agentləri İraqa yollanır ki, Redfi və ailəsi ilə əlaqəyə girsinlər.
Kəşfiyyatçılardan biri - özünü İraqa turist qismində gəlmiş Amerika vətəndaşı kimi təqdim edən israilli qadın ziyafətlərin birində Redfinin diqqətini nəinki özünə cəlb etməyə müvəffəq olur, cavan oğlan bu qadına hətta aşiq də olur. Amma Munir dəridən-qabıqdan çıxsa da qadın onunla İraqda intim əlaqəyə girməyə razılıq vermir. Onun son sözü bu olur: “Biz yalnız İsraildə bir-birimizə qovuşa bilərik”.
Növbəti məzuniyyətində yelbeyin pilot Parisə yollanır və ordan sevgilisiylə bir yerdə İsrailə uçmağa razılıq verir. “Amerikalı” qadın ona saxta pasport gətirəndə isə oğlan hər şeyi anlayır, amma bu yoldan daşınmağa qeyrəti çatmır...
Tel-Əvivdə Redfini VİP-persona kimi qarşılayırlar. Onu aviabazaya aparırlar və orada İsrail kəşfiyyatının rəsmiləri təyyarəçiyə öz təkliflərini edirlər: “Sən bir dənə MiQ-21 qaçırırsan, biz də müqabilində 1 milyon dollar və bütün ailənə sığınacaq veririk”.
İraqlı pilotu İsrail hərbi hava qüvvələrinin komandanı Morduxay Xodla da görüşdürdülər və bu görüş sübut etdi ki, israillilər İraqın hərbi hava qüvvələri haqda geniş məlumata malikdirlər. Ona həm İraq təyyarəçilərinin, həm də sovet təlimatçılarının adları deyilirdi, aeroportların quruluşu, komanda məntəqələri, uçuş heyətinin həyat şəraiti haqda ən xırda detallar açıqlanırdı...
Eşitdiklərindən dərin şoka düşmüş və vəd edilən bir milyonun şirinliyinə, “amerikalı” qadının nəvazişinə uymuş, rahat və qayğısız həyat arzulayan Munir Redfi, nəhayət, razılıq verir. Qaçışın bütün təfərrüatı və marşrutu onunla razılaşdırılır. Onlar həm də necə əlaqəyə girəcəklərini dəqiqləşdirirlər. İsveçrə banklarının birində Munirin adına xeyli pul yatırılır. Tarixdə “Penisillin” adı ilə qalan əməliyyat belə başlanır... Yeri gəlmişkən, Rediflə İsrail kəşfiyyatının yazışmalarında MİQ-21 şərti olaraq “Penisillin” adlanırdı və əməliyyat da adının buradan götürdü...
Bir neçə gündən sonra “amerikalı” qadınla Munir Redfi Bağdada qayıdırlar. Orda isə heç kəsin heç nədən xəbəri yox idi.
Əvvəlcə təyyarəçinin ailəsini İraqdan çıxarırlar. Bu işdə uzun illər Redfi ailəsinə qulluq edən yəhudi “Mossad”ın tapşırığıyla öz köməyini göstərir. (Başqa bir məlumata görə, Redifin ailəsini İraqın şimalından kürdlərin yaşadığı ərazidən Mustafa Bərzaninin partizanları çıxarıblar)
İsrail kəşfiyyatının rəhbərlərindən biri isə Vaşinqtona uçub amerikalı həmkarlarını sevindirir ki, tezliklə çoxdan arzuladıqları təyyarəylə əyani tanış olacaqlar.
Bu mərhələdən sonra “Penisillin” əməliyyatı özünün yekun fazasına qədəm basır. Hər şey dəqiqəbədəqiqə hesablanmış, İsrailin hava hücumundan müdafiə qüvvələriylə razılaşdırılmışdı ki, sərhədi pozan İraq təyyarəsi səhvən vurulmasın...
1966-cı ilin 15 avqustunda Redfi qabaqcadan təyin edilmiş marşrutla İordaniya üzərindən keçərək təyyarəsini İsrailin cənubundakı bazaya endirir.
İsraillilər və amerikalılar müasir sovet qırıcısını ələ keçirirlər. Munir Redfi və onun ailə üzvləri adlarını dəyişərək, təzə sənədlər alırlar. Redfinin qaçmasına imkan verən iraqlı hərbçilər ağır cəzalara məruz qalırlar. Əməliyyatı həyata keçirən “amerikalı” qadın isə İsrailə dönür...
Bu əməliyyat İsrail kəşfiyyatının reytinqini həm amerikalıların, həm də avropalıların gözündə qaldırır. Tomasın, Hilminin və bu gün adları bəlli olmayan bir çoxlarının uğursuzluğu isə yavaş-yavaş unudulmağa başlayır...
İsrail kəşfiyyatının köməyi ilə qərb ölkələrinin birində yanacaqdoldurma məntəqəsinin sahibi olan Munir isə 1998-ci ildə infarktdan öldü...

1102