Ermənistanın nazir müavini porno izləyərkən yaxalandı - FOTO
12 sentyabr 2011 13:22 (UTC +04:00)

Ermənistanın nazir müavini porno izləyərkən yaxalandı - FOTO

Ermənistanın iqtisadiyyat nazirinin müavini Armen Gevorqyan tədbirdə telefonunda porno video izləyərkən fotoqrafların obyektivinə yaxalanıb. Ermənistana məxsus www.1in.am saytının məlumatına görə, hadisə bu ilin may ayının 2-də baş verib. Ermənistan-Avropa Birliyinin birgə müşavirəsində fotoqrafların çəkdiyi kadrlarda bir nəfər hökumət rəsmisinin telefonda porno video seyr etməsi yer alıb.

Kadrlar həmin hadisədən xeyli sonra üzə çıxıb və araşdırmaların nəticəsi bəlli olduqdan sonra açıqlanıb. Araşdırmalar zamanı isə kadrda pornovideo izləyən şəxsin iqtisadiyyat nazirinin müavini Armen Gevorqyan olduğu müəyyənləşib.

Gevorqyan bundan əvvəl iqtisadiyyat nazirinin məsləhətçisi, sonra ticarət və iqtisadi inkişaf nazirinin müavini vəzifəsini tutub. Respublika Partiyasının üzvüdür.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508

Oxşar yazılar