İranın ilk seks DVD-si
13 sentyabr 2011 02:37 (UTC +04:00)

İranın ilk seks DVD-si

Seksual mövzulara qadağa qoyulan İranda Səhiyyə və Mədəniyyət Nazirliyinin razılığı ilə “Aşine-yi Mahbub” (Sevgili Ər) adlı seks tədris DVD-i yayımlanıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, DVD 2 ilə hazırlanıb.

Böyük maraqla qarşılanan bu tədris vəsaiti Tehrandakı apteklərdə çatılmağa başlanılıb. Videoda insan yerinə iki çiçəyin yaxınlaşması və üzən spermalar görünür. Bu videonun hazırlanmasında iştirak edən Tehran Universitetinin professoru Məhəmməd Məcid deyib ki, sekslə bağlı bu məlumatlar müxtəlif kitablardan, islam dinindən, hədislərdən toplanıb.
Məcid DVD-də həm qadınlara, həm də kişilərə səslənərək deyir ki, qəzəb və stress cinsi aktivliyi azaldır. Professor vurğulayıb ki, sadəcə kişi hərəkət edib, qadın uzanmamalıdır, cütlük birlikdə hərəkət etməlidir. O vurğulayır ki, qadınlar orqazm istəyirsə, onlar da seks zamanı hərəkətdə olmalıdırlar.
Filmin sonunda başqa bir professor Sədi Mümtazi deyir ki, siqaret, qəlyan, narkotik vasitələr və spirtli içki seks həyatına mənfi təsir göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2748

Oxşar yazılar