ABŞ-da bir gündə 3 dəfə terror həyəcanı yaşandı
0
0
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb San-Diyeqodan Detroyta uçan sərnişin təyyarəsində 3 sərnişinin təyyarənin tualetinə girməsi və çölə çıxmaqdan imtina etməsi olub.
Dərhal iki “F-16” qırıcı təyyarəsi havaya qaldırılıb, sərnişin təyyarəsi qırıcıların müşayiəti ilə Detroyt hava limanına enib. Tualetdə olan 3 sərnişin saxlanılıb, hazırda ifadələri alınır.
Qeyd edək ki, bundan öncə Los Anceles - Nyu-York reysi ilə uçan sərnişin təyyarəsində də anoloji olay baş verib.
Bu arada Kanzas-Siti aeroportunda da şübhəli çanta aşkarlanıb. Təhlükəsizliklə bağlı çantanın olduğu terminal boşaldılıb. Ancaq çantada partlayıcı qurğu aşkarlanmayıb.
Xatırladaq ki, 2001-ci il 11 sentyabrda baş vermiş terror olayının ildönümü ilə əlaqədar ABŞ-da təhlükəsizlik tədbirləri gücləndirilib.