İsrail səfiri Misirdən qaçdı
10 sentyabr 2011 10:22 (UTC +04:00)

İsrail səfiri Misirdən qaçdı

0
Bu gecə Misirin paytaxtı Qahirədə İsrail səfirliyi qarşısında aksiya keçirən kütlə beton hasarı dağıdaraq səfirliyin ərazisinə daxil olub. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, aksiyaya səbəb bir neçə gün əvvəl sərhəddə bir neçə Misir polisinin İsrail vertolyotundan atəş açılması nəticəsində öldürülməsi olub.

İsrail sərhəddə terrorçu axtarışı zamanı səhvən Misir polislərinə atəş açıldığını bildirsə də, etirazlar səngiməyib. Hasar uçan zaman 100 aksiya iştirakçısı da xəsarət alıb. Səfirliyə daxil olan misirlilər binadakı sənədləri çölə töküb, İsrail bayrağını yandırıblar. Bu gün səhər saatlarında İsrail səfiri və ailəsi də təyyarə ilə Qahirəni tərk edib.

Son məlumatlara görə, Misir hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 712

Oxşar yazılar