İrandan Türkiyəyə NATO təpkisi
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, radarlar Diyarbəkirin Pirinçik kəndi ərazisində qurulacaq.
Qeyd edək ki, bu məkanın seçilməsi təsadüfi sayılmır. 1958-ci ildə, “Soyuq Savaş” dönəmində NATO SSRİ-nin təsiri altında olan Orta Şərq ölkələrini izləmək üçün Pirinçikdə hərbi baza qurub, radarlar yerləşdirib. SSRİ-nin dağılmasından sonra hərbi hissə ləğv olunub, radarlar isə 1998-ci ildə götürülüb.
NATO radarlarının yerləşdiriləcəyi məkan məlum olandan az sonra İrandan Türkiyəyə sərt təpki gəlib. “Mehr” informasiya agentliyinə açıqlama verən İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Bürucedi Türkiyəni nəzərdə tutaraq deyib ki, müsəlman ölkələr əməkdaşlıqlarını və üstünlüklərini birləşdirərək təhlükəsizliklərini qorumalı və bölgədə təhlükəsizliyə xələl gətirəcək duruma icazə verməməlidirlər: “Müsəlman ölkələr NATO-nun maraqlarına xidmət etməməlidirlər. NATO bölgədə təhlükəsizliyə müsbət töhfə vermir, qeyri-sabitlik qaynağıdır. Əfqanıstan və İraqa müdaxilələr də NATO-nun bölgədə yalnız öz maraqlarını güddüyünü göstərdi”.

526