Misir Qəzza tunellərini bağlayır
Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bir neçə gündür Qəzza zolağındakı yeraltı tunellərin bağlanması istiqamətində iş başlayıb.
12 kilometrlik sərhəd boyunca tunel yerlərinin müəyyənləşməsi üçün detektorlardan istifadə edilir. Tunellərin içinə su verilərək çökdürülür, girişləri isə qayalarla doldurularaq, ya da sement tökülərək bağlanır. Misir mənbələri də tunellərin bağlanmasının səbəbinin qaçaqmalçılığa son qoymaq və bütün terror elementlərindən xilas olmaq olduğunu bildirirlər. Qəzzaya qaçaq yolla hər cür məhsulun daşınması üçün istifadə edilən tunellərin sayının yüzlərlə olduğu qeyd edilir.

621