Qəddafinin 25 il əvvəl “ölən” qızı yaşayırmış - FOTO
27 avqust 2011 12:43 (UTC +04:00)

Qəddafinin 25 il əvvəl “ölən” qızı yaşayırmış - FOTO

Lent.az-ın “lifenwes.ru” saytına istinadən verdiyi məlumata görə, bunu qiyamçıların Müəmmər Qəddafinin dağıdılmış sarayından tapılan sənədlər təsdiq edir.

Xana məxsus sənədlərdən məlum olur ki, o, yaşayır və Tripolidə həkim kimi çalışır. Müəmmər Qəddafinin qızlığının Tripolidə tibb fakültəsinin tələbəsi olduğu zaman hazırladığı imtahan işi də tapılıb. 2007-ci ilə məxsus sertifikat təsdiq edir ki, Xana Böyük Britaniya səfirliyində ingilis dili kursuna gedib və oranı əla qiymətlə bitirib. Onun otağından “Böyük şəhərdə seks” filminin DVD variantı və “Backstreet Boys” qrupunun albomu tapılıb.

Qeyd edək ki, Müəmmər Qəddafi 1986-cı ildə qızlığa götürdüyü Xananın ABŞ qırıcı təyyarələrinin iqamətgahına endirdiyi aviazərbələr nəticəsində həyatını itirdiyini bildirib.
# 617

Oxşar yazılar