Separatçı Abxaziyada prezident seçkisidir
26 avqust 2011 14:45 (UTC +04:00)

Separatçı Abxaziyada prezident seçkisidir

0
Lent.az-ın məlumatına görə, seçkilər bu il mayın 29-da ölən prezident Sergey Baqapşın sələfini müəyyənləşdirəcək.

Prezidentliyə namizədlər 3 nəfərdir: keçmiş prezidentin müavini Aleksandr Ankvab, müxalifət nümayəndəsi Raul Hacimba və hazırkı baş nazir Sergey Şamba.

Qeyd edək ki, Abxaziyada dövlət başçısı köməkçiləri ilə birgə seçilir. Bu gün həm də yeni seçiləcək prezidentin köməkçiləri müəyyənləşəcək.

Səslərin 50 faizindən çoxunu alan şəxs prezident seçiləcək. Seçkilərin yekun nəticələrinin sabah saat 12:00-a qədər açıqlanacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar