Rusiya paytaxtında “taksi” və “novruzgülü” əməliyyatı
26 avqust 2011 19:16 (UTC +04:00)

Rusiya paytaxtında “taksi” və “novruzgülü” əməliyyatı

Lent.az-ın rus saytlarına istinadla xəbərinə görə, bu məqsədlə şəhərin taksi parklarında intizam yaratmaq da nəzərdə tutulub. Yeni qaydaya əsasən, indi şəhərdə lisenziyasız sərnişindaşıma ilə məşğul olan şəxslər təqribən 300 manat cərimə ediləcək. Lisenziyalı sürücülərin isə kredit pulunun 3/2-sini bələdiyyələr ödəyəcək. Yeni qaydaya əsasən taksi xidməti göstərən avtomobil saz olmalı, taksimetr və fərqlənmə nişanı ilə təchiz edilməlidir. Sürücü sağlam olmalı, rus dilini bilməli və şəhəri tanımalıdır.

Moskvada hazırda təxminən 6 000 taksi lisenziya alıb. Lakin lisenziyasız taksilərin (bombila) sayı 40 000-dən çoxdur.

Ekspertlər yeni qanunun sərnişindaşımada intizam yaradacağına inanmırlar. Çünki qanunsuz taksilərə mafiya və polis “dayılıq edir”. 2 il əvvəl Şeremetevo aeroportunun direktorunun qanunsuz taksiləri hava limanından çıxarmaq istəyi ona baha oturdu. Direktor ertəsi gün işə gələrkən evinin qarşısında güllələndi.

Həmkarlar ittifaqı lisenziyanın taksi parkına deyil, konkret şəxslərə verilməsini tələb edirlər. Çünki bu yolla miqrantların əməyindən istifadənin qarşısını almaq mümkündür. Qeyri-rəsmi statistikaya görə, Moskvadakı qeyri-leqal taksilərin yarısını əcnəbilər işlədir.

Bu ilin əvvəlində Rusiya hökumətinin başladığı utilizasiya proqramı da miqrantların işinə yaradı. Belə ki, diribaş miqrantlar utilə təhvil verilən avtomobilləri götürərək (təqribən 50 dollar) taksi kimi işlətməyə başladılar. Yoxlama zamanı isə onlar ya polislə dil tapır, ya da sadəcə olaraq açarları polisin üstünə atıb hadisə yerindən uzaqlaşırlar.

Paytaxtın ad günü münasibəti ilə avqustun əvvəlindən şəhərdəki sahibsiz avtomobillərin (rus jarqonunda “podsnejnik” - novruzgülü) də yığışdırılmasına başlanıb. Bu kampaniya əvvəlki illərdən fərqli olaraq təkcə mərkəzi deyil, nisbətən uzaq rayonları da əhatə edir.

Lakin Moskvanın “novruzgülləri”ndən tam təmizlənməsi də inandırıcı gəlmir. Çünki Rusiya paytaxtında belə avtomobillərin sayı minlərlə ölçülür və bu siyahıya ayda ən azı 100 avtomobil əlavə olunur.

Vüqar Yaşaroğlu
# 490

Oxşar yazılar

Bu pivəni içən 10 nəfər  öldü

Bu pivəni içən 10 nəfər öldü

18 may 2024 , 17:45
Sevgilisinin cinsi orqanını kəsib öldürdü

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

18 may 2024 , 17:13
Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

18 may 2024 , 09:24
Bina çökdü, 33 ölü var

Bina çökdü, 33 ölü var

18 may 2024 , 05:11
Bişkekdə əcnəbilərlə dava düşdü

Bişkekdə əcnəbilərlə dava düşdü

18 may 2024 , 01:25
Rusiyada hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb

Rusiyada hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb

17 may 2024 , 22:37
NATO Ukraynaya  qoşun yeritmək   qərarına yaxınlaşdı - AÇIQLAMA

NATO Ukraynaya qoşun yeritmək qərarına yaxınlaşdı - AÇIQLAMA

17 may 2024 , 17:04
Kişi arvadının sevgilisinin qulağını dişlədi

Kişi arvadının sevgilisinin qulağını dişlədi

17 may 2024 , 14:19