BMT Fələstinin dövlət olmasını istəyir
26 avqust 2011 11:48 (UTC +04:00)

BMT Fələstinin dövlət olmasını istəyir

Lent.az-ın məlumatına görə, baş katibin köməkçisi İsrail-Fələstin probleminin tezliklə həll edilməli olduğunu vurğulayıb: “Fələstinlə İsrailin yan-yana təhlükəsiz şəraitdə müstəqil dövlət olaraq qurulmasının vaxtı çoxdan gəlib, keçib. Prosesin uzanması münasibətləri daha da gərginləşdirir”.

Mövcud vəziyyətin uzun müddət davam edə bilməyəcəyini qeyd edən Paskoe, bunun həm İsrailə, həm də Fələstinə zərər verdiyini açıqlayıb.

Lann Paskoe Fələstinin dövlət olma istiqamətində ciddi irəliləyişlərə nail olduğunu deyib və beynəlxalq ictimaiyyətin bu məqsədlə Fələstinə 250 milyon dollar yardım etməsini istəyib.
# 497

Oxşar yazılar