Almaniya Qəddafi ailəsinə qarşı Haaqadan ədalətli məhkəmə tələb etdi
24 avqust 2011 14:28 (UTC +04:00)

Almaniya Qəddafi ailəsinə qarşı Haaqadan ədalətli məhkəmə tələb etdi

0
Lent.az-ın “Spiegel” nəşrinə istinadən verdiyi məlumata görə, AFR Qəddafi və ailə üzvlərinin Haaqadakı Beynəlxalq Ağır Cinayətlər Məhkəməsinə verilməsini tələb edir.

Vestervelle bildirib ki, bu, Liviyanın siyasi cəhətdən yenilənməsi üçün çox vacibdir. Əvvəllər Qəddafinin Haaqa məhkəməsinə verilmə tələbi ilə İtaliyanın xarici işlər naziri Franko Frattini çıxış edib. Liviya üsyançılarının bu məsələ ilə bağlı mövqeyi qeyri-müəyyəndir. Milli Keçid Şurasının mətbuat katibi məhkəmənin Liviyada keçirilməsini məqsədəuyğun sayıb.

Digər tərəfdən, Şura Qəddafinin verilməsi barədə Haaqa ilə danışıq aparır. Almaniya NATO Hərbi Hava Qüvvələrinin hücumunda iştirak məsələsində bitərəf qalıb. Lakin rəsmi Berlin yeni demokratik dövlət strukturunun yaradılmasında Liviya Milli Keçid Şurasına hərtərəfli maliyyə, siyasi və tövsiyə xarakterli kömək göstərəcəyini dəfələrlə bildirib. Habelə, iyulda Almaniya hökuməti Liviya rəsmilərinin Almaniya banklarında dondurulmuş hesablarından Milli Şuraya vətəndaş və humanitar məqsədlər üçün girov qoymaqla 100 milyon avro məbləğində qiymətli kağız verməyə hazır olduğunu bəyan edib. Gido Vestervelle 7,2 milyon avro ilə dəyərləndirilən bu vəsaitlərin tezliklə “donunun açılacağına” söz verib. Almaniyanın müdafiə naziri Tomas de Mezyer isə Qəddafi rejiminin taxtdan salınmasından sonra sabitlik və təhlükəsizlik məqsədilə Liviyaya kontingent yeridiləcəyini istisna etməyib. Bununla yanaşı, o, ümid edib ki, Qəddafidən sonrakı dövrdə Liviya təhlükəsizliyini özü təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar