Vampir ər 3 il arvadının qanını içdi
24 avqust 2011 12:59 (UTC +04:00)

Vampir ər 3 il arvadının qanını içdi

Lent.az-ın məlumatına görə, arvadının gündə bir stəkan qanını içən kişi hazırda polis tərəfindən axtarılır.

22 yaşlı Deepa Ahirvad adlı qadın ərinə 3 il boyunca qanını içməyə icazə verib. Maheseh Ahirvad evləndikdən bir neçə ay sonra arvadından şprislə qan çəkərək içməyə başlayıb.

“Vampir” ərin həyat yoldaşı deyib ki, əri onu təhdid edərək, bu barədə heç kimə bir söz deməməyi tapşırırmış. Uşağının olmasından sonra ərinə qan verməkdən imtina edən qadın atasının evinə köçüb və bu barədə yerli polisə məlumat verib.

Hadisənin üstündən bir neçə həftə keçsə də, “vampir” hələ də yaxalanmayıb.
# 471

Oxşar yazılar