Anqola Qəddafiyə sığınacaq təklif etdi
23 avqust 2011 11:29 (UTC +04:00)

Anqola Qəddafiyə sığınacaq təklif etdi

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Afrika Televiziyası məlumat yayıb.

Qeyd edək ki, hazırda Tripoli aeroportu Müəmmər Qəddafini həbs etmək niyyətində olan liviyalı qiyamçıların nəzarətindədir. Əl-Ərbiyə telekanalı Müəmmər Qəddafinin Tripolinin şərqində, Tacura rayonunda xəstəxanada ola biləcəyi barədə məlumat yayıb. Digər məlumatlara görə isə Müəmmər Qəddafi öz iqamətgahında, yaxud Əlcəzair ərazisindədir. Ancaq bu gün Ağ Ev və Pentaqon bəyan edib ki, Müəmmər Qəddafi Liviyanı tərk edə bilməyib.
# 447

Oxşar yazılar