Malayziyada müxalifət lideri homoseksualizm ittihamı olunur
23 avqust 2011 02:51 (UTC +04:00)

Malayziyada müxalifət lideri homoseksualizm ittihamı olunur

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Kuala-Lumpurda məhkəmə qarşısına çıxarılan Ənvər İbrahim ittihamları rədd edib və bunu onun imicini zədələmək üçün atılan addım adlandırıb.

Ənvər İbrahimin tərəfdarları da müxalifət liderinin gənc oğlanla intim əlaqədə ittiham edilməsini onun siyasi düşmənlərinin əməli sayırlar. Əgər Ənvər İbrahim günahkar sayılsa, onu 20 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Ənvər İbrahimə qarşı iddia onun rəhbərlik etdiyi müxalif qüvvələrin 2008-ci il parlament seçkilərində böyük uğur qazanmasından sonra irəli sürülüb.
# 495

Oxşar yazılar