İsveç kralı və kraliçasını restorandan qovublar...
22 avqust 2011 13:16 (UTC +04:00)

İsveç kralı və kraliçasını restorandan qovublar...

0
Almaniyanın Ladenburq şəhərində “Qızıl ulduz” restoranında şam yeməyi yemək istəyən İsveç kralı Karl və kraliçası Silviya gözləmədikləri münasibətlə üzləşiblər. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, kral və kraliça restoranın girişində saxlanılıb və onlara restoranda boş yerin olmadığı bildirilib.

Qızıl ulduz restoranının sahibi Nadi Şellenberqer onlara başqa restoran axtarmağı məsləhət görüb. Şoka düşən Karl və Silviya geri dönərək restoranı tərk ediblər.

Nadi Şellenberqer baş verən olay münasibət bildirərkən deyib ki, indi onları bu şəhərdə axmaq saysalar da, fərqi yoxdur: “Kral ailəsi, yaxud sadə insan olmasının fərqi yoxdur, bizim restorana daxil olmaq üçün masa sifariş vermək lazımdır”.

Qeyd edək ki, Almaniya İsveç kraliçası Silviyanın vətənidir. Silviya Almaniyanın Qeydelberq şəhərində anadan olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 633

Oxşar yazılar