Əsəd danışdı
22 avqust 2011 11:46 (UTC +04:00)

Əsəd danışdı

0
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd Suriya Dövlət Televiziyası ilə çıxışında bəyan edib.

Qərb ölkələri tərəfindən Dəməşqə təzyiqlərdən danışan Bəşər Əsəd deyib ki, Suriyanın müstəqilliyi müzakirə mövzusu ola bilməz. Avropa Birliyi və ABŞ-ın onu istefaya çağırmasın da toxunan Suriya prezidenti bildirib ki, “məni Avropa və ABŞ yox, Suriya xalqı bu vəzifəyə təyin edib”.

Bəşər Əsəd 2012-ci ilin fevralında ölkədə parlament seçkilərinin keçiriləcəyini də vəd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar