Narkomafiyaya sarsıdıcı zərbə
19 avqust 2011 17:02 (UTC +04:00)

Narkomafiyaya sarsıdıcı zərbə

0
İtaliyanın Spetsiya şəhərində yük konteynerində böyük həcmdə kokain aşkarlanıb. Lent.az-ın “Ansa” agentliyinə istinadən verdiyi məlumata görə, bu, dünyada il ərzində “qara bazar”da satılan kokainin ¼-i həcmindədir.

Konteynerdən boşaldılan zaman kokain təpəciyinin hündürlüyü 3 metrə çatıb. Qiyməti 300 milyon avro dəyərləndirilən narkotik yükün Kolumbiya narkoticarətçilərinə məxsus olduğu, yükün Almaniya və İspaniyadakı şəbəkələr vasitəsi ilə İtaliyaya gətirildiyi ehtimal edilir.

Narkotacirlərdən 4-ü yükün aşkarlandığı yerdə, 5-cisi isə Praqaya getmək üçün hava limanına gələrkən saxlanılıb. Sonuncu şəxsin çemodanında 175 min avro aşkarlanıb. Saxlanılan şəxslərə məxsus bir neçə avtomobil müsadirə olunub, evlərdə aparılan axtarışlar zamanı 10 kiloqram həşiş və 100 min avro tapılıb. Cinayətkarlara məxsus yaxtada isə 200 min avro aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar