Yaponiyada daha bir güclü zəlzələ
19 avqust 2011 11:03 (UTC +04:00)

Yaponiyada daha bir güclü zəlzələ

0
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, təkanların gücünün Rixter cədvəli ilə 6,8 bala çatdığı bildirilir.

ABŞ Geoloji Xidməti isə Xonsyu adası sahillərində baş verən təkanların gücünün 6,5 bal olduğunu açıqlayıb. Zəlzələ Bakı vaxtı ilə 10:36-da qeydə alınıb.

Hakimiyyət orqanları ölkədə sunami təhlükəsi elan edib. Güman edildiyinə görə, dalğaların hündürlüyü 1,5 metrdən çox olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 626

Oxşar yazılar