İsrail qana boyandı: 6 ölü, 28 yaralı
0
0
Bir qrup silahlı şəxs sərnişin avtobusu avtomat silahlardan atəşə tutulub, patrul xidmətində olan əsgərlərin hərəkət etdiyi “Cip” markalı maşına isə raket zərbəsi endirilib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, 6 nəfər ölüb, 28 nəfər yaralanıb.
İsrail ordusu dərhal əməliyyata başlayıb. 7 silahlı öldürülüb. Silahlıların ümumi sayının 20 nəfərə yaxın olduğu güman edilir və əməliyyat davam edir.
Silahlıların İsrailə Misirin Sinay yarımadasından keçdiyi ehtimal olunsa da, Misir hakimiyyəti bunu təkzib edib. İsraildə baş verən terror aktına görə heç bir təşkilat, o cümlədən HƏMAS məsuliyyəti öz üzərinə götürməyib. Bununla belə, Qəzza zolağına nəzarət edən HƏMAS hazırda İsraillə sərhəddəki nəzarət-keçid məntəqələrindəki silahlılarını geri çəkir. Bu, HƏMAS-ın İsrailin terror aktına cavab olaraq Qəzza zolağında hərbi əməliyyat keçirməyə qərar verməsindən ehtiyatlanması ilə əlaqələndirilir.