İran gəmisi Hindistanda saxlanılıb
0
0
«İRNA»-nın məlumatına əsasən, Hindistanın Hərbi Dəniz Donanması İslam Respublikasının bayrağı altında üzən «MF Nafis-1» gəmisini saxlayaraq, gəmidəkilərin hamısını həbs edib.
Hindistanın «Press Trust of India» agentliyi bildirib ki, hələ bir neçə ay əvvəl bu gəmi dəniz quldurları tərəfindən Hindistanın Mumbay şəhərinin sahillərində ələ keçirilmişdi. Hazırda tutulanların şəxsiyyəti müəyyənləşdirilir. Çünki gəmidəki quldurların və heyət üzvlərinin sayı məlum deyil.
Gəminin qaçaqmal daşınmasında istifadə edildiyi də ehtimal olunur.
Hindistan rəsmilərinin bildirdiyinə görə, əməliyyatda iki «INS Mysore» hərbi gəmisi və 24 desantla iki hərbi vertolyot iştirak edib.
«MF Nafis-1» heyət üzvü deyib ki, onlar bu ilin iyulunda İranın Çabahar limanından yola çıxıblar.
Bir neçə gün öncə yayılmış başqa bir xəbərdə isə bildirilmişdi ki, İran-Hindistan birgə gəmi şirkətinin 5 ay əvvəl quldurlar tərəfindən girov götürülmüş başqa bir gəmisi azad edilib. Şirkətin 23 min ton yük tutma qabiliyyəti olan bu gəmisini quldurlar Ərəb dənizində Hind okeanın şimalında ələ keçirmişdilər. Həmin gəmi İranın Bəndər-Abbas limanından Çinə doğru hərəkət edirmiş.
Sədrəddin Soltan