Murat Karayılan Türkiyəni açıq təhdid etdi
0
0
PKK terror təşkilatının ikinci adamı olan Murat Karayılan, yaxalandığı ilə bağlı xəbərlərdən sonra ilk dəfə açıqlama verib.
Lent.az-ın PKK terror təşkilatına yaxınlığı ilə seçilən Fırat Xəbər Agentliyinə istinadən məlumatına görə, Karayılan budəfəki açıqlamasında həddini aşaraq, Türkiyə dövlətini və onun rəhbərliyini açıq şəkildə təhdid edib.
O deyib ki, əgər rəsmi qaydada Türkiyəyə müharibə elan etsələr və bununla bağlı təlimat versələr, Türkiyəni alt-üst edərlər. Karayılan Türkiyə baş nazirinə “özünü itirməməyi” tövsiyə edib.
PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalandan 3 həftədir xəbər ala bilmədiklərini açıqlayan Karayılan “Əgər ona bir şey olsa, Türkiyədə lider qalmaz, hər kəs çox peşman olar” - deyib.
Türkiyənin sülh çağırışlarına cavab vermədiyini iddia edən terrorçu lider deyib ki, bununla belə, Öcalan sülhün tərəfdarıdır.
Yaxalandığı ilə bağlı xəbərlərə də münasibət bildirən Karayılan bunun kürd xalqına qarşı bir psixoloji təzyiq olduğunu və məqsədli şəkildə yayıldığını iddia edib.