Ermənilər həm İsrailə, həm də İrana yaltaqlanır
17 avqust 2011 19:41 (UTC +04:00)

Ermənilər həm İsrailə, həm də İrana yaltaqlanır

0
«Regnum»un məlumatına əsasən, İranın Şahinşəhr şəhərindən gələn futbol klubu eyni qrupda yer aldığı yəhudilərin Qüds klubu ilə oyanmaqdan imtina edib.
Ermənistanda çıxın «Haykakan jamanak» qəzeti bunu İranla İsrail arasındakı düşmənliklə əlaqələndirib.
Qeyd edək ki, bu yarış avqustun 13-də başlayıb. Həmin tədbirdə əsasən həvəskar idmançılar futbol, voleybol, basketbol, tennis, üzgüçülük, şahmat və s. idman oyunları üzrə yarışır.
Ermənistanda çıxan «Epress»in yazdığına görə, Panerməni oyunları təşkilat komitəsinin üzvü, İrandan gələn heyətin başçısı erməni Alfred Havan baş verənləri «anlaşılmazlıq» adlandırıb: «Ümumiyyətlə, İran klubları israillilərlə görüşlərə qatılmır. Ermənilərdən ibarət İslam Respublikasının komandası, görünür, anlaşılmazlıqdan İsrail klubu ilə oynamaqdan imtina edib. Bundan başqa, Qüdsdən gələn ermənilər də iki ölkə arasında məsələyə qarışmır. İkincisi, İran hakimiyyəti hesab edir Ki, Qüds xristianların, müsəlmanların və yəhudilərin şəhəridir. Ancaq onların davranışı şəhərin İsrailə aid olduğunu təsdiqləyir. Bu da islam dünyagörüşünə ziddir».
A.Havan əmin edib Ki, İslam Respublikasından gələn erməni klubları bundan sonrakı oyunlarda israilli ermənilərlə yarışacaqlar.
Görünür, İslam Respublikasından gələn ermənilər bir yandan Tehranın xoşuna gəlmək istəsələr də, o biri yandan İsrailə qarşı getməyin də uğurlu olmadığını tez başa düşüblər. Burada deyiblər: «Çox bilmiş quş dimdiyindən ilişər». Bu dəfə erməni xisləti onların xeyrinə işləmədi. Həm İranın, həm də İsrailin qabağında üzləri açıldı. Bu isə yaltaqlığın tipik erməni nümunəsidir.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar