Türkmənistan «nurçu məktəbləri»ni İrana görə bağlayır?
0
0
İran informasiya vasitələrinin yaydığı xəbərə görə, rəsmi Aşqabad bu ölkənin “idarəetmə, mədəni qurumlarına girişməyə çalışdığı”, saf türkmən gəncləri arasından seçdiyi gəncləri «ABŞ üçün casusluq etmək üçün hazırladığı» üçün «türk məktəbləri» adı altında fəaliyyət göstərən «Fətullah Gülən camaatının məktəbləri»ni bağlaya bilər. Türkmənistan hakimiyyəti Türkiyənin «Nur Camaatının» ölkədə dini-siyasi nüfuzundan duyduğu narahatlıq üzündən 1990-cı ildən bəri fəaliyyət göstərən bu məktəblərdə yoxlamalara başlayıb.
Türkmənistan mətbuatının məlumatına əsasən, Aşqabadda yalnız Mustafa Kamal Atatürk adına «türk məktəbi» adı ilə tanınan məktəb fəaliyyət göstərməkdədir. Ona da şagirdlər təhsilini bitirənədək fəaliyyət göstərməyə icazə verilib. Bu il isə «nurçuların» məktəbinə şagird qəbul edilməyib.
«Yeni nəfəs»-in məlumatına görə, “Nurçular” hərəkatı bu məktəblərdə böyük təsirə malikdirlər və bəzi məzunların Türkmənistanın icraedici orqanlarına işə düzəlməsinə kömək edirlər. Məzunlardan birinin sözlərinə görə, lisey ən sadiq və ideoloji baxımdan hazırlıqlı məzunlarını Türkmənistanın ən əsas nazirlik və idarələrində – Dövlət Miqrasiya Xidməti, Narkotiklərlə Mübarizə Xidməti, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyində məsul vəzifələrə, rüşvətlə də olsa, keçirdir.
Uyğun olay Özbəkistanda da baş verib. Bir neçə il öncə oradakı məktəblər də qapadılmışdı. Rəsmi Daşkənddə bu məktəblərdə «nurçuların» hazırlandığını əsas göstərmişdi.
Baş verənlərdən Tehranın sevinməsi, məsələni belə təbliğ etməsi başa düşüləndir. Çünki İran hakimiyyəti Türkmənistanla Türkiyənin yaxınlaşmasını heç istəmir. Hətta ötən ay Aşqabad İsraildən az qala «İranı sevən səfir» istəmişdi.
Xatırladaq ki, rəsmi Aşqabad İsrailin bu ölkəyə səfiri təyin olunmuş Xaim Korenin etimadnaməsini qəbuldan imtina etmişdi. Bu, Türkmənistanın ikinci imtinasıdır.
Türkmənistan Xarici İşlər Nazirliyi Xaim Korenin «Mossad»a işləyən «İsrail casusu» olduğunu bildirib.
Qeyd edək ki, Xaim Korenin tərcümeyi-halında onun Qlilotda yerləşən Milli Təhlükəsizlik Kollecində 3 il təlimatçı işləməsi də yazılıb. İsrail Xarici İşlər Nazirliyi dəfələrlə türkmən diplomatlara həmin kollecin təhsillə məşğul olduğunu, casus hazırlamadığını izah etməyə çalışsa da, bu səylər nəticə verməyib. Xaim Koren 2010-cu ilin avqustundan bu ölkədə səlahiyyətlərinin icrasına başlaya bilmir.
Türkmənistanda rəhbər şəxslərdən biri israilli diplomatlara deyib ki, Aşqabad ikitərəfli münasibətləri yaxşılaşdıracaq səfir istəyir, İranla bağlı məlumat toplayacaq casus yox.
Türkmənistanın qapatmağa çalışdığı bu məktəblər həm də Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasına bağlı olduğundan belə bir sual yaranır: Türkmənistan İranla dostluğuna görə Türkiyəyə də İsrailə baxdığı kimi baxır? Belə bir şərait isə heç şübhəsiz, bütün hallarda Tehran hakimiyyətinin xeyrinədir. Çünki perspektivdə təklənəcək Q.Berdiməhəmmədov Suriya prezidenti Bəşər Əsəd kimi İranın ümidinə qalacaq…
Sədrəddin Soltan