Zilə qalxıb, düşə bilmir...
17 avqust 2011 11:15 (UTC +04:00)

Zilə qalxıb, düşə bilmir...

0
ABŞ-ın Oklahoma ştatının Tulsa şəhərində 90 metr yüksəkliyindəki radioötürücü qülləyə dırmaşan gənc 6 gündür ki, aşağı enmir. Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Uilyam Sturdivant adlı 25 yaşlı oğlan “Clear Channel” adlı yerli radionun qülləsinə çıxıb.

U.Sturdivant bu gün səhər saatlarında aşağıda onu izləyən şəxslərdən hamburqer, süd və biskvit istəyib. Həmin əraziyə cəlb edilən polis isə gəncin qülləyə intihar məqsədi ilə çıxması ehtimalını istisna edir. Polis həmçinin ətrafa tamaşaya toplaşmış və gəncə səslənən kütləni də dağıtmağa çalışır. 25 yaşlı oğlanın etdikləri isə bir sıra internet televiziyaları və sosial şəbəkələr vasitəsilə canlı yayımlanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 768

Oxşar yazılar