İsrail Türkiyəyə “qan pulu” təklif edir
0
0
Lent.az-ın xəbərinə görə, bu barədə məlumatı İsraildə rus dilində yayımlanan “isra.com” saytı yayıb.
Məlumata görə, Türkiyə tərəfi İsraildən ölənlərin hər birinin ailəsinə 50 min dollar kompensasiya ödənilməsi və bu ölkədən rəsmi qaydada üzr istənilməsini tələb edir. İsrail isə təklif edir ki, gəmidə öldürdükləri şəxslərin hər birinin ailəsinə 100 min dollar versin, əvəzində isə Türkiyədən üzr istəməsinlər.
Saytın yazdığına görə, İsrailin məqsədi Türkiyədən üzr istəmək yerinə, “peşmanlıq” ifadəsindən istifadə etməkdir. Məlumata görə, Türkiyə bu təklif qarşısında səssiz qalıb. Bununla belə, problemin BMT-nin Mavi Marmara gəmisində baş verənlərlə bağlı apardığı araşdırmanın nəticəsi açıqlanana qədər yoluna qoyulacağı bildirilir.
Araşdırmanın nəticəsinin avqustun 20-də açıqlanacağı qeyd edilir.