Əhmədinejad: “Dinimiz nüvə silahını qadağan edir”
0
0
Lent.az-ın məlumatına görə, “Russia Today” televiziyasına müsahibə verən İran prezidenti deyib ki, onlar bir neçə səbəbə görə nüvə silahı istəmirlər: “Bu silah insanlıqdan kənardır. İnancımıza görə bu silaha qarşıyıq. Dinimiz bunu qadağan edir. Biz də dindar bir xalqıq”.
Nüvə silahının modern dünyada o qədər də ciddi əhəmiyyətinin olmadığını iddia edən Əhmədinejad “21-ci əsrdə nüvə silahı istehsal etmək, əslində pul və qaynaq israfından başqa bir şey deyil. İkincisi də, bu silah birbaşa sahiblərinə təhlükə yarsdır” deyib.
Bu günə qədər nüvə silahına sahib olan ölkələrdən heç birinin bundan fayda görmədiyini qeyd edən İran prezidenti “Amerikalıların nüvə silahları və ya nüvə başlıqlı bombaları var. Onlar İraqda və Əfqanıstanda müharibəni uda bildilər? Nüvə silahı SSRİ-nin dağılmasını əngəllədimi? İsrail rejimi Livan və ya Qəzzada uğur qazana bildimi?” deyə, sual edib.
M. Əhmədinejad nüvə bombalarının ötən əsrin silahı olduğunu bəyan edib.