Qorbaçov Putini sərt tənqid etdi
15 avqust 2011 17:45 (UTC +04:00)

Qorbaçov Putini sərt tənqid etdi

0
Lent.az-ın Almaniyanın “Der Spiegel” jurnalına istinadən xəbərinə görə, Qorbaçov bu mətbu orqana verdiyi müsahibədə bildirib ki, Putinin partiyası ölkəni geriyə aparır və o, növbəti dəfə prezidentliyə namizəd olmamalıdır.

Rusiyanın getdikcə daha çox Kommunist Partiyasının idarə etdiyi SSRİ-yə bənzədiyini söyləyən keçmiş prezident ölkənin sürətlə modernləşməli olduğunu bəyan edib.

Putinin gələn il keçiriləcək prezident seçkilərində yenidən Kremlə qayıtmamalı olduğunu qeyd edən Qorbaçov “Putin gücü əlində saxlamaq istəyir. İnsanlar kukla rejim olaraq gördükləri partiyadan bir şey gözləmirlər. İdarəçilər birbaşa partiya siyahısında seçilir. Yeni siyasi partiyalara da icazə yoxdu. Ancaq bizim ölkəni irəli aparmaq üçün yeni gücə ehtiyacımız var” - deyib.

Rusiya prezidenti Medvedevlə bağlı da danışan Qorbaçov deyib ki, Medvedev təhsilli adamdır və hazırda təcrübə qazanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 748

Oxşar yazılar