İran Murad Karayılanın tutulması xəbərini təkzib etdi
Dünən Türkiyə mətbuatında yayılan PKK terror təşkilatının ikinci adamı Murad Karayılanın İran xüsusi xidmət orqanları tərəfindən yaxalanması xəbəri yenidən təkzib olunub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İran parlamentinin milli təhlükəsizlik və xarici əlaqələr komissiyasının sədri Ələddin Bürucerdi “Fars” agentliyinə açıqlamasında əvvəlcə xəbəri təsdiqləsə də, az sonra təkzib edib.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da mətbuata açıqlamasında bildirib ki, iranlı həmkarı ilə telefon əlaqəsi saxlayıb və Salehi Karayılanın yaxalanması barədə onda məlumat olmadığını deyib.
Türkiyənin İrandakı səfiri Ümit Yardım isə bildirib ki, o, Ələddin Bürucerdi onunla söhbətində “Karayılanın yaxalandığını demədiyini” söyləyib.
Məlumata görə, Bürucerdi Türkiyənin Tehrandakı səfiri ilə söhbətindən sonra təkrar açıqlamasında bildirib ki, o, “Karayılan yaxalandı” yox, “Karayılan yaxalanmalıdır” deyib.

Oxşar yazılar

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü
20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO
19 iyul 2025 , 19:22
Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü
19 iyul 2025 , 17:24