PKK terrorçuları iki nəfəri qaçırdı
13 avqust 2011 15:01 (UTC +04:00)

PKK terrorçuları iki nəfəri qaçırdı

0
Lent.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Diyarbəkir yaxınlığında Muş yolunun 35-ci kilometrliyində terrorçular sərnişin avtobusunun qarşısını kəsib. Avtobusdakı şəxsləri düşürüb onların sənədlərini alan terrorçular iki nəfəri seçərək kənara çıxarıb. Bunlar Diyarbəkirin bələdiyyə sədrliyinə namizəd Kənan Ərənoğlu və ailəsini ziyarətə gedən 21 yaşlı əsgər Aykut Çelik olub.

Avtobusdakı digər sərnişinlərin yalvarmasına baxmayaraq, terrorçular hər iki şəxsi götürərək dağlara çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 619

Oxşar yazılar