Rusiya, Sudan və İrana qarşı ticarət məhdudiyyətinin müddəti uzadıldı
0
0
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu qanun vasitəsi ilə Amerika prezidenti ölkəsinin təhlükəli dövlətlərlə ticarət əlaqələrini tənzimləyir.
Bu qanunun tətbiq edildiyi dövlətlər siyahısına aşağıdakılar da daxildir: İran (1979-cu ildən), Myanma (1997), Sudan(1997), Rusiya (2000-ci ildən zənginləşdirilmiş uranın ixrac edilməsinin qarşısını almaq üçün), Zimbabve (2004), Belorus (demokratik institutları dağıtdığı üçün 2006-cı ildən), Şimali Koreya (2008), Liviya (2011-ci ildən, dinc nümayişçilərə divan tutandan sonra).
Məlumata əsasən müddətin uzadılması texniki xarakter daşıyır.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Suriyadan neft və ya onunla silah tiacərti edən dövlətləri rəsmi Dəməşqlə bu əlaqəni kəsməyə çağıraraq, bildirib: «Əsədsiz Suriya daha yaxşı olacaq».
«Suriyadan neft və təbii qaz alan, eləcə də Əsəd rejiminə silah tədarük edən dövlətləri bu hakimiyyətlə bütün əlaqələri kəsməyə çağırırıq. Çünki bu sayaq əlaqələrin davam etməsi ona siyasi və iqtisadi dəstək onun daha qəddar addım atmasına yardım edir. Əks hal isə Bəşər Əsədə doğru yol seçməsinə köməklik göstərər» - deyə, amerikalı diplomat söyləyib.
Suriya sutkada 380 barrel neft hasil edir. Dövlətin iqtisadiyyat bu sahədə gələn gəlirin hesabına formalaşır. Xam neft ixracatçısı olsa da neftayırma zavodların gücünün yetərincə olmaması daxili bazarda yanacağa tələbatı ödəmir.
Sədrəddin Soltan