Ermənistana kütləvi qırğın silahı üçün maddə aparan erməni həbs olunub
13 avqust 2011 12:27 (UTC +04:00)

Ermənistana kütləvi qırğın silahı üçün maddə aparan erməni həbs olunub

0
Lent.az-ın məlumatına görə, Vaqe Melkonyan adlı erməninin həbsi barədə qərarı Bryansk şəhər məhkəməsi qəbul edib.

V. Melkonyan iyunun 26-da saxlanılıb. Rusiya gömrükçülərinin keçirdiyi əməliyyat zamanı onun «Renault» markalı yük maşınından zirehli tank texnikasına aid komplektlər, hərbi təyinatlı mühərriklər, həmçinin kütləvi qırğın silahlarında istifadə olunan 12 kq-dan çox berillium tozu aşkarlanıb. O, bu hərbi avadanlıqları və zəhərli maddəni Rusiyadan Ukraynaya, oradan isə Ermənistana aparmağı planlaşdırıb. O, sərhədi keçərkən yük gömrük bəyannaməsində hərbi təyinatlı avadanlıqları mülki avadanlıq kimi göstərib, berillium barədə isə məlumat verməyib.

Rusiya gömrükçülərinin hesablamalarına görə, V. Melkonyandan müsadirə olunmuş malların ümumi dəyəri 1,8 milyon rubl təşkil edir.

Məhkəmə prosesində öz günahını boynuna alan Melkonyana Rusiya Federasiyası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə (qaçaqmalçılıq, xüsusi nəzarət altında olan, silah istehsalı üçün istifadə edilən avadanlığın, hərbi texnika hissələrinin qaçaqmalçılığı, KQS istehsalı üçün istifadə olunan maddələrin qaçaqmalçılığı) 3 il sınaq cəzası verilib və o, eyni zamanda 80 min rubl cərimələnib.

Məhkəmə prosesində Ermənistana aparılması planlaşdırılan həmin malların Moskvanın Leninqrad bölgəsindəki hərbi hissələrdən birindən həmin hərbi hissənin zabitləri tərəfindən oğurlandığı sübuta yetirilib.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 795

Oxşar yazılar